|

Sistem müvəqqəti olaraq xidmət göstərmir. Xahiş edirik, bir az sonra yenidən cəhd edin.

Bağla
Təşəkkür edirik!
Tövsiyələr

Çətin şifrə istifadə edin

Elə hərflər və rəqəmlərdən ibarət çətin şifrə fikirləşin ki, onu yadda saxlamaq sizə asan, digərləri üçün isə onu tapmaq çətin olsun. Əgər sizin myAccess şifrəniz başqa veb, e-poçt və ya sosial şəbəkə şifrələri ilə eynidirsə, o zaman bu şifrəni sındırmaq asandır. AccessBank öz növbəsində sizin şifrələrinizin təhlükəsizliyinə böyük diqqət yetirir, lakin başqa saytlar üçün bu təminatı verə bilməz. Biz sizə heç yerdə istifadə etmədiyiniz şifrəni məhz myAccess üçün təyin etməyinizi tövsiyə edirik. Bankınız ildə bir neçə dəfə şifrənizin dəyişdirilməsini Sizə tövsiyə edir. Unutmayin ki, yaxşı şifrə - sizin vəsaitlərinizin təhlükəsizliyinin 90%-dir.

Şifrəni gizli saxlayın.

Şifrəni saxlamaq üçün ən təhlükəsiz yer - yaddaşınızdır. Şəxsi məlumatları heç kimlə bölüşməyin. myAccess şifrənizi heç yerə yazmayın. Onu brauzerdə də yadda saxlamayın. Şifrəni ən yaxşı yadda saxlamağın yolu - myAccess sisteminə müntəzəm olaraq daxil olmaqdır. myAccess səhifənizə müntəzəm olaraq daxil olub ödəniş və vəsaitlərinizə nəzarət edin. myAccess sistemindən istifadə etmək üçün çalışın şübhəli yerlərdən daxil olmayasınız (Internet kafe və s.)

Antivirus

Lisenziyalı antivirus proqram təminatlarından istifadə edin və onu mütəmadi olaraq yeniləyin. Yaxşı antivirus şifrələri kodlaşdırır, ziyanverici proqramlardan qoruyur və antivirus özü təhlükələri aradan qaldırır. Əgər Siz mobil telefonda internetdən istifadə edirsinizsə, sözsüz ki, sizin şəxsi məlumatlar orada saxlanılır. Onları qorumaq üçün smartfonlar üçün Antivirusdan istifadə edin. Əlavə təhlükəsizlik üçün siz Internet Security istifadə edə bilərsiniz O cümlədən, əməliyyat sisteminin təhlükəsizlik yenilənmələrini yükləməyi unutmayın.

SMS-lərə diqqət yetirin

Bank hər bir əməliyyat üçün Sizə mesaj göndərir. Siz etmədiyiniz əməliyyat üçün SMS aldığınız zaman bu barədə dərhal bankı məlumatlandırmalısınız. Elektron imza ilə (AsanImza) yalnız icra etdiyiniz və gözlədiyiniz əməliyyatları təsdiqləyin.

Arzuolunmaz e-poçt və ya telefon zənglərindən ehtiyatlı olun.

Bankınızın adından sizə daxil olan arzuolunmaz e-poçt və ya telefon zənglərindən ehtiyatlı olun. Sizdən PIN, parol və digər məxfi məlumatlar xahiş edilə bilər. Əgər kimsə sizə bank adından zəng vurub şəxsi məlumatlar, şifrə və ya elektron imza tələb etsə, heç bir məlumat verməyin. AccessBank sizdən heç bir zaman bu şəxsi məlumatları e-poçt və ya telefon zəngi vasitəsi ilə tələb etməz.

Yalnız bankın rəsmi səhifəsində loqin və şifrənizi istifadə edin

Sayta daxil olarkən URL-də https:// olub-olmadığına diqqət yetirin. Bu, saytın təhlükəsiz olduğunu bildirir

Mütəmadi olaraq hesab üzrə çıxarışları yoxlayın

Hər-hansı bir şübhəli əməliyyat aşkarladığınız zaman dərhal bankla əlaqə saxlayın.

Əgər Siz kiminsə sizin səhifənizə çıxışı olduğundan şübhələnirsinizsə

myAccess sisteminə daxil olub şifrənizi dəyişdirməyiniz və dərhal Banka zəng etməyiniz xahiş olunur.