|

Sistem müvəqqəti olaraq xidmət göstərmir. Xahiş edirik, bir az sonra yenidən cəhd edin.

Məxfilik siyasəti

Şəxsi məlumatlar

Siz bizim onlayn xidmətlərimizə daxil olduqda və ya onlardan istifadə etdikdə Sizin daha əvvəl banka təqdim etdiyiniz şəxsi məlumatları, o cümlədən, adınız, elektron ünvanınız, poçt ünvanınız, telefon nörmrə(ləri)niz, hesab nömrələriniz, olduğunuz yer (yaxınlıqdakı bankomatı və filialı tapmaqda kömək etmək üçün - razılığınız əsasında), istifadəçi adınız haqqında məlumatlar toplaya bilərik. Biz, həmçinin, Sizin təqdim etdiyiniz halda və bizim adi biznes məqsədləri ilə zəruri olduğunu düşündüyümüz halda ödəniş kartı haqqında məlumatları onlayn xidmətlərimizdən istifadə edərkən əldə edə bilərik.

İstifadə haqqında və digər məlumatlar

Yuxarıda qeyd olunan şəxsi məlumatlardan əlavə, biz öz onlayn xidmətlərimizdən Sizin necə istifadə etməyiniz haqqında müəyyən məlumatlar əldə edə bilərik. Məsələn, biz Sizin onlayn xidmətlərə qoşulmaq üçün istifadə etdiyiniz qurğunun IP ünvanı, istifadə etdiyiniz əməliyyat sisteminin növü və brauzeri haqqında məlumatları, hansı saytdan bizim onlayn xidmətlərə yönləndirilməyiniz, onlayn xidmətlərimizin hansından istifadə etdiyiniz və bundan sonra hansı sayta daxil olduğunuz haqqında məlumatları qeyd edə bilərik. Biz və ya üçüncü şəxs tərəfdaşlarımız da Sizin onlayn xidmətlərə daxil olmağınız və ya istifadə etməyiniz haqqında digər məlumatları toplamaq və saxlamaq üçün “cookies”, “web beacons” (veb-mayaklar) və digər bu kimi texnologiyalardan istifadə edə bilərlər. Bundan əlavə, sonradan onlayn şəkildə əldə etdiyimiz istifadə haqqında məlumatları və digər məlumatları Sizə aid şəxsi məlumatlarla əlaqələndirəcəyik. 

myAccess Mobil əlavəsi

Sizin rahatlığınız üçün AccessBank bizim bəzi məhsullarımıza və xidmətlərimizə mobil aplikasiya vasitəsi ilə daxil olmağı təklif edir. Siz bizimlə aplikasiya vasitəsilə əlaqə yaradarkən biz Sizin mobil cihazınız üçün unikal cihaz identifikatoru, Sizin ekran ölçüləri və digər cihaz göstəriciləri, Sizin olduğunuz yer və Sizin mobil cihazdan necə istifadə etdiyiniz haqqında analitik məlumatlar əldə edə bilərik. Biz myAccess mobil aplikasiya vasitəsi ilə müəyyən məlumatı (məsələn, dəqiq geolokasiya məlumatı) əldə etməzdən əvvəl Sizdən əvvəlcədən icazə alacağıq.

Əlavə məlumat mənbələri

Biz, həmçinin, Sizin haqqınızda məlumatları əlavə onlayn və şəbəkədənkənar mənbələrdən, o cümlədən birgə tərəfdaş saytlarından və ya kommersiya nöqteyi-nəzərindən əlverişli olan üçüncü tərəflərin mənbələrindən, məsələn, kredit hesabatı agentliklərindən də əldə edə bilərik. Biz bu məlumatları hazırki Onlayn Məxfilik Siyasəti əsasında Sizin haqqınızda əldə etdiyimiz şəxsi və digər məlumatlarla əlaqələndirə bilərik.

Məlumatlardan istifadə

Biz yuxarıda qeyd olunmuş məlumatlardan bir neçə qaydada istifadə edirik. Məsələn:

- Ərizələrin və əməliyyatların nəzərdən keçirilməsi;

- Sizin identifikasiyanızın təsdiqlənməsi (məsələn, Sizin öz hesab məlumatlarınıza nə zaman daxil olduğunuzun müəyyən edilməsi);

- Dələduzluq hallarının qarşısının alınması və Sizin hesabınızın, yaxud bizim onlayn xidmətlərimizin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi;

- Sizin sorğularınızın cavablandırılması və Sizinlə əlaqə yaradılması;

- Üstünlük verdiyiniz əməliyyatların aşkar olunması;

- Bizim onlayn xidmətlərdən istifadə etməyiniz, o cümlədən elektron poçtumuzu cavablandırmağınız və nəzərdən keçirdiyiniz səhifə və reklamlarla əlaqədar təhlil aparılması; 

- Məhz Sizə uyğun məzmun və marketinq ismarıclarının tərtib olunması;

- Biznesimizin aparılması, qiymətləndirilməsi və təkmilləşdirilməsi (o cümlədən, yeni məhsulların və xidmətlərin işlənib hazırlanması; mövcud məhsulların və xidmətlərin təkmilləşdirilməsi; məlumatların təhlil olunması; mühasibatlıq, audit və digər daxili funksiyaların icra olunması);

- Qanunvericiliyin müvafiq tələblərinə, zəruri sənaye standartlarına, müqavilə öhdəliklərinə və bizim siyasətlərimizə  riayət olunması;  

- Sizin məlumat təqdim etdiyiniz, yaxud Sizin haqqınızda məlumat topladığımız zaman bizim xüsusi olaraq açıqlaya biləcəyimiz hər hansı digər məqsədlərlə. 

Biz məcmu şəkildə, yaxud anonim qaydada (hər hansı fərdi (müştərini) identifikasiya etməyərək) topladığımız məlumatlardan, müvafiq qanun və nizamnamələrlə yol verilən müxtəlif biznes məqsədləri ilə də istifadə edə bilərik.  

Məlumatların açıqlanması

Biz Sizin haqqınızda və Sizdən əldə etdiyimiz məlumatları öz tərəfdaşlarımızla və digər üçüncü şəxslərlə, o cümlədən aşağıdakı fiziki və hüquqi şəxslərlə bölüşə bilərik:

- AccessBank-ın üçüncü tərəf xidmət təchizatçıları;

- Müvafiq qanun və nizamnamələrlə yol verilən qaydada, bizim məhsul və xidmətlərimizdən əlavə, Sizə mükəmməl yardımçı xidmətlər göstərən AccessBank  tərəfdaşlarının veb saytları və biznes müəssisələri;   

- Sizə paralel xidmətlər, məhsullar və ya proqramlar təqdim edən digər şirkətlər;

- AccessBank-ın satış və inkişafı  ilə əlaqəli üçüncü tərəflər və ya törəmə şirkətlər;

- Qanuni tələblərə, o cümlədən məhkəməyə çağırışlara və məhkəmə qərarlarına riayət edən digər üçüncü tərəflər; onlar tərəfindən bizim istifadə şərtlərimizin, digər hüquq və siyasətlərimizin təsdiqlənməsi və dəstəklənməsi; dələduzluq hallarının qarşısının alınması, təhlükəsizlik və texniki problemlərin aradan qaldırılması; qəza hallarının aradan qaldırılması; müştərilərimizin və ya üçüncü tərəflərinin hüquqlarının, əmlakının və ya təhlükəsizliyinin qorunması.  

- Biz onlayn xidmətlərimizin istifadəçiləri üçün əlverişli olan məhsulların və xidmətlərin təqdim olunmasına kömək etmək üçün və digər məqsədlərlə anonim və ya icmal məlumatları üçüncü tərəflərlə bölüşə bilərik.

Hesab məlumatları

Siz bizim Onlayn Xidmətlərimiz vasitəsi ilə öz şəxsi səhifənizə daxil olmaqla hesab məlumatlarınızı redaktə edə bilərsiniz.

Promo bildirişlər

Siz myAccess vasitəsi ilə daxil olan təqdimat məktublarını və mətn ismarıclarını qəbul etməkdən imtina edə bilərsiniz. Bunun üçün həmin ismarıclardakı təlimatlar icra olunmalıdır. Nəzərə alın ki, əgər Siz onların qəbulundan imtina etsəniz belə, biz Sizə əməliyyatlar, profiliniz və ya cari biznes əlaqələri haqqında ismarıclar göndərə bilərik.

Olduğunuz yer haqqında məlumatlar

Əgər Siz bizim mobil aplikasıyamız çərçivəsində myAccess və ya Google Maps vasitəsi ilə olduğunuz yer haqqında məlumatların toplanmasına qabaqcadan razılıq vermisinizsə və bunu ləğv etmək istəyirsinizsə qurğunun sistem ayarları, yaxud onlayn hesab ayarları vasitəsi ilə sazlaya bilərsiniz. Əgər bu ləğvetmə imkanları Sizin üçün mövcud deyilsə, bizim mobil aplikasıyamızı öz qurğunuzdan silməklə standart olduğunuz yer haqqında məlumatların alınmasından imtina edə bilərsiniz.

“Cookies”

Əksər şəbəkə brauzerləri adi qaydada “cookies” qəbul etməyə sazlanır. Əgər istəsəniz, brauzer “cookies”-lərini qəbul etməkdən imtina etmək üçün öz brauzerinizi sazlaya bilərsiniz. Nəzərə alın ki, bu, bizim Onlayn Xidmətlərimizin əlverişliliyinə və funksionallığına təsir göstərə bilər.

Təhlükəsizlik

Biz şəxsi məlumatları mühafizə etmək və onlara girişi məhdudlaşdırmaq üçün qanuni standartlara uyğun şəkildə müvafiq fiziki, elektron və prosessual təhlükəsizlik vasitələrindən istifadə edirik. Buraya qurğunun mühafizəsi, eləcə də qorunan fayllar və binalar daxildir. Sizin Şəxsi Məlumatlarınızı necə mühafizə etdiyimizi öyrənmək üçün bizim Təhlükəsizlik tövsiyyələrimizlə tanış ola bilərsiniz.

Nəzərə alın ki, elektron şəkildə bizə göndərdiyiniz məlumatlar bizə yönləndirilərkən onların təhlükəsizliyi qorunmaya bilər. Bu səbəbdən, bizə həssas və ya məxfi məlumatlar (məsələn, Login) göndərərkən təhlükəsiz rabitə kanallarından istifadə etməyiniz tövsiyyə olunur.

Sizin məlumatlarınızın yenilənməsi

Sizin hesab məlumatlarının yenilənməsi çox vacibdir. Siz onlayn xidmətlərə daxil olaraq onlardan istifadə etməklə müəyyən hesab məlumatlarını nəzərdən keçirə, yaxud yeniləyə bilərsiniz. Yanlış məlumatları onlayn qaydada düzəltmək mümkün olmadıqda, yaxud şəbəkədən kənar dəyişikliklər etmək istədikdə, saytımızda olan Bizimlə əlaqə bölməsini seçə, yaxud bizə zəng vura və ya yaza bilərsiniz. Siz, həmçinin, bizim filial nümayəndələrinmizlə, öz maliyyə məsləhətçinizlə, yaxud təyin olunmuş mühasibat nümayəndənizlə danışa bilərsiniz. 

Onlayn məxfilik siyasətində dəyişikliklər

Biz hazırki Məxfilik Siyasətini vaxtaşırı olaraq dəyişə bilərik. Hər hansı dəyişiklik aparıldıqda, siyasətin yuxarı hissəsində “Son yenilənmə” tarixini dəyişərək Sizə bildirəcəyik. Bəzi hallarda Sizə əlavə bildirişlər də (məsələn, şəbəkə saytımızın və ya mobil aplikasıyamızın əsas səhifəsinə əlavə etməklə, yaxud Sizə zəng vurmaqla və ya elektron məktub göndərməklə) göndərə bilərik. Sizin məxfiliyinizin qorunması haqqında məlumat almaq üçün bizimlə əlaqə yaradarkən hazırki Məxfilik Siyasətini nəzərdən keçirməyiniz tövsiyyə olunur.

Mobil Tətbiqdə SMS OTP avtomatik oxunması

Hər dəfə mobil cihazınıza göndərilən 4 rəqəmli SMS OTP sizi eyniləşdirmək prosesini sadələşdirmək məqsədilə mobil cihazınızdan avtomatik oxunacaq və yalnız MyAccess əlavəsində sizin əməliyyatın təsdiqi üçün istifadə ediləcək.