myAccess – Sizin bankdakı adamınız!
AccessBank-ın bu İnternet Bankinq xidməti öz vəsaitlərinizi idarə etmək və xərclərinizi nəzarətdə saxlamaq üçün sizin ən sürətli və rahat bank alətiniz olacaq. Üstəlik, bank filiallarından fərqli olaraq, myAccess həftənin 7 günü, günün 24 saatı xidmətinizdədir. İstədiyiniz zaman bank hesablarınızı, kartlarınızı, əmanətlərinizi, kreditlərinizi idarə edə, pul köçürmələri və digər əməliyyatları həyata keçirə bilərsiniz. Yeni və ya cari müştəri olmağınızın heç bir fərqi yoxdur, myAccess hər kəs üçündür!
Odur ki, elə bu gün ən yaxın filialımıza gəlin, myAccess xidmətinə pulsuz qoşulun və həyatınızı asanlaşdırın!